Bakı. 7 fevral. REPORT.AZ/ Afrika Futbol Konfederasiyası (CAF) Mərakeşin Afrika Millətlər Kubokunda iştirakına qadağa qoyub.
"Report"un "Cihan"a istinadən verdiyi məlumata görə, buna səbəb sözügedən ölkənin Ebola virusundan dolayı turnirdə iştirakını təxirə salmasıdır.
Ebolaya görə turnirdə imtina edən Mərakeş Futbol Federasiyası CAF tərəfindən 1 milyon dollar və əlavə olaraq 8 milyon avro pul cəriməsi kəsilib. Bundan əlavə, Mərakeş qarşıdakı 2 turnirdə iştirak hüququndan məhrum edilib.
Qeyd edək ki, yanvarın 17-dən start götürən Afrika Millətlər Kuboku fevralın 8-də başa çatacaq.