​Fatih Terim: "Bunlar bir canın yanında nədir ki..."

​Fatih Terim: "Bunlar bir canın yanında nədir ki..." ""Kaş ki, bir tək övladımız ölməyərdi, biz də Avropa çempionatına getməyərdik"
Futbol
14 Oktyabr , 2015 10:41
​Fatih Terim: Bunlar bir canın yanında nədir ki...

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Şükürlər olsun ki, Allah üzümüzü qara çıxarmadı. Övladlarımı təbrik edirəm". "Report"un məlumatına görə, bunu AVRO-2016-nın seçmə mərhələsində ən yaxşı qrup 3-cüsü kimi Fransada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanan futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim deyib.

İslandiyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlər 62 yaşlı mütəxəssisi mətbuat konfransında ayaq üstə alqışlayıblar. F.Terim Türkiyə xalqının bu sevincə layiq olduğunu bildirib: "Bir xalımız olarkən "Biz demədən bitməz" demək çox çətin idi, amma indi bu, asandır. Mən və futbolçularım təvazökar olacağıq. "Pley-off" püşkatması haqda düşünürdük, artıq Avropa çempionatının püşkü bizi gözləyəcək. Bir neçə saatlıq da olsa, insanların üzünü güldürə bildiksə, bundan daha gözəl nəsə ola bilməz. Heç vaxt iddialarımızdan əl çəkmədik. Komanda azlıqda qalsa belə, mübarizə apardıq. Ümid edirəm ki, Avropa çempionatında uzun müddət qalarıq. Bu ölkənin insanlarının Avropanın göbəyi olan Fransada olması çox gözəldir".

Ən böyük uğurlarından birini qazandıqlarını deyən baş məşqçi Ankarada baş vermiş terror hadisəsi üzündən çox da sevinə bilmədiklərini söyləyib: "Kaş ki, bir tək övladımız ölməyərdi, biz də Avropa çempionatına getməyərdik. Dünya çempionatına da getməzdik. Bunlar bir canın yanında nədir ki... İnsan canı gedərsə, gəlməz, amma çempionluqlar gələr. Bütün qazandığımız qələbələri terrorda dünyasını dəyişənlərə ithaf edirik".

Qeyd edək ki, Türkiyə son oyunda İslandiyanı məğlub etməklə seçmə mərhələni yer aldığı A qrupunda 3-cü pillədə başa vurub. Qazaxıstanın da səfərdə Latviyanı məğlub etməsi nəticəsində Fatih Terimin komandası 2016-cı ildə Fransada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi