Fatih Terim "Qalatasaray"dan ayrıla bilər

Fatih Terim "Qalatasaray"dan ayrıla bilər O, ötən günlərdə "başqaları üçün skautluq etməkdən təngə gəldik" ifadəsini işlədib. Klub prezidenti Mustafa Cengiz isə Terimin fikirləri ilə razı deyil
Futbol
541
13 Yanvar , 2021 14:21
Fatih Terim Qalatasaraydan ayrıla bilər
Fatih Terim

Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim komandadan ayrıla bilər.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə 68 yaşlı mütəxəssis “Yeni Malatyaspor”u penaltilər seriyasında məğlub etdikləri ölkə kubokunun 1/8 final oyunundan sonra açıqlama verib. Terim komandadakı transfer çalışmalarından narazılıq ifadə edib.

O, ötən günlərdə "başqaları üçün skautluq etməkdən təngə gəldik" ifadəsini işlədib. Klub yaxın keçmişdə Vedat Muriç, Merk Hakan Yandaş və digər oyunçuları heyətinə qata bilməyib. Hazırda isə Terim öz komandasında "Başakşehir"in istedadlı futbolçusu İrfan Can Kahvecini görmək stəyir. Futbolçunun özü də karyerasını məhz "sarı-qırmızılar"da davam etdirmək niyyətindədir. Lakin qarşı tərəf Kahvecini ölkə xaricinə satmaq niyyətindədir və oyunçu üçün 14 milyon avro tələb edir.

"Qalataray"ın gerçəkləşdirə bilmədiyi növbəti transfer isə sabiq futbolçusu Henri Onyekurudur. "Monako" Onyekurudan ötrü 5 milyon avro tələb etsə də, İstanbul təmsilçisinin rəhbərliyi bu məbləği ödəməkdə çətinlik çəkir.

Klub prezidenti Mustafa Cengiz isə Terimin fikirləri ilə razı deyil. O, 3 mövsüm ərzində vacib transferlər gerçəkləşdirdiklərini və klub üçün lazımi hər şeyi etdiklərini düşünür.

Mayda "Qalatasaray"da keçiriləcək prezident seçkisi Terimin klubdakı taleyinə təsir edəcək. Hazırkı rəhbərlik qalacağı təqdirdə, təcrübəli baş məşqçi komandadan ayrılacaq. Onun baş məşqçi kimi işinə davam etməsi üçün "sarı-qırmızılar"a yeni prezidentin seçilməsi lazımdır və yalnız o, öz layihəsi ilə Terimi razı sala bilər.

Son xəbərlər

Orphus sistemi