Fatih Terim İspaniya ilə oyun zamanı azarkeşlərdən birinin sərt etirazı ilə üzləşib - VİDEO

Fatih Terim İspaniya ilə oyun zamanı azarkeşlərdən birinin sərt etirazı ilə üzləşib - VİDEO Fanatlardan biri meydana daxil olaraq baş məşqçi və futbolçuları söyüb
Futbol
18 İyun , 2016 02:28
Fatih Terim İspaniya ilə oyun zamanı azarkeşlərdən birinin sərt etirazı ilə üzləşib - VİDEO

Bakı. 18 iyun. REPORT.AZ/ Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim İspaniya ilə Avro-2016 matçında azarkeşlərdən birinin sərt etirazı ilə üzləşib.

"Report"un məlumatına görə, ilk hissə başa çatdığı zaman fanatlardan biri meydana daxil olub.

O, "ay-ulduzlular"ın ehtiyat oyunçular skamyasına gedərək, Terim və futbolçuları söyüb. Azarkeşi təhlükəsizlik xidməti əməkdaşları meydandan çıxarıb.

Oyundan sonra Terim bunları deyib:

"İspaniya başqa bir səviyyənin komandasıdır. İlk 30 dəqiqədən danışa bilərik, qalan vaxtdan danışmalı bir şey yoxdur. Söyləmək istədiyim başqa şeylər var".

63 yaşlı mütəxəssis İspaniya ilə qarşılaşmada komandasının oyununu bəyənmədiyini bildirib:

"Mən nə oyunçu, nə də baş məşqçi karyeramda erkən qol buraxmağı qəbul etməmişəm. Bu gün meydanda oyundan vaz keçən bir komanda var idi. Heç xoşuma gəlmədi. Komandam və öz adıma üzr istəyirəm. Ancaq burada nə olursa-olsun, belə reaksiyanın verilməsi yanlışdır. Bizim 1 matçımız qalıb. Onu da oynayıb nəticəni gözləyəcəyik. Burada bizi dəstəkləyənlərin Çexiya ilə oyunda da dəstəkləyəcəklərini gözləyirik".

Terim komandasının İspaniya önündə təslimçi görkəmini qəbul etməyəcəyini vurğulayıb:

"Lazım olanı edəcəyimdən kiminsə şübhəsi olmasın. Ardaya münasibət xoş deyil, yaxşı deyil. Təkcə Ardaya yox, heç bir oyunçumuza belə münasibət göstərilməsin. Bir çox məsələni gözdən keçirməyimiz lazımdır. Təbii ki, gözləntilər böyük olduqda azarkeşlərimizin də reaksiyaları böyük olur".

Qeyd edək ki, İspaniya ilə görüş Türkiyənin böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb - 0:3.

Son xəbərlər

Orphus sistemi