Fatih Terim əməliyyat olunub

Fatih Terim əməliyyat olunub Bakı. 12 noyabr. REPORT.AZ/ Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Fatih Terim əməliyyat olunub.
Futbol
12 Noyabr , 2018 15:55
Fatih Terim əməliyyat olunub
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Fatih Terim əməliyyat olunub.

“Report” İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis sinusitdən (burnunun selikli qişasının bir və ya bir neçə əlavə boşluqlarının iltihabı) əziyyət çəkdiyi üçün cərrahi müdaxiləyə ehtiyac duyulub. Klubdan əməliyyatın uğurlu keçdiyi bildirilib.

Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub. “Cim-bom” hazırda 23 xalla 2-ci pillədə qərarlaşıb. O, “Fənərbağça” ilə 2:2 hesabı ilə başa çatan matçdan sonra 7 oyunluq cəzalanıb.

Son xəbərlər

Orphus sistemi