"İstədiyimiz nəticəni əldə etdik. Çünkü qrupun digər oyununda Lüksemburq millisinin xal itirməsi işimizə yarayırdı".
"Report"un məlumatına görə, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycanla qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
63 yaşlı mütəxəssis hər iki komandanın yaxşı oyun göstərdiyini bildirib: "Komandalar bütün bacarığını nümayiş etdirdi. Məncə, nəticə hər iki komanda üçün ədalətli oldu. Kiprdəki hesabdan və Lüksemburqun məğlubiyyətindən çox məmnunam. Azərbaycan bizdən yaxşı deyildi, amma bu gün bizi narahat etdi. Oyundan əvvəl demək olar ki, ümidimiz yox idi, lakin artıq hər şey dəyişdi".