Milan Miyatoviç: "Azərbaycan millisi keyfiyyətli komanda olduğunu göstərdi"

Milan Miyatoviç: "Azərbaycan millisi keyfiyyətli komanda olduğunu göstərdi" “Azərbaycan millisi ilk oyunda nümayiş etdirdiyi futbolla keyfiyyətli komanda olduğunu göstərdi".
Futbol
13 Noyabr , 2020 21:28
Milan Miyatoviç: Azərbaycan millisi keyfiyyətli komanda olduğunu göstərdi

“Azərbaycan millisi ilk oyunda nümayiş etdirdiyi futbolla keyfiyyətli komanda olduğunu göstərdi".

"Report"un məlumatına görə, bunu Monteneqro yığmasının qapıçısı Milan Miyatoviç Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının V tur matçından öncə mətbuat konfransında deyib.

33 yaşlı qolkiper qrup liderliyi uğrunda mübarizə apardıqlarını xatırladıb: "Bu oyunda Lüksemburqla qarşılaşmada buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq”.

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək Azərbaycan - Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi