​Fariz Nəcəfov: "Azarkeşlik məsələsi bizim ən yaralı yerimizdir"

​Fariz Nəcəfov: "Azarkeşlik məsələsi bizim ən yaralı yerimizdir" "Qriqorçukun "Qəbələ"dən gedişi birmənalı şəkildə müzakirə mövzusu deyil"
Futbol
29 Oktyabr , 2015 16:39
​Fariz Nəcəfov: Azarkeşlik məsələsi bizim ən yaralı yerimizdir

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Komandamızın Avropa Liqasından ölkə çempionatına keçidi uğursuz alınır. Bu mənim şəxsi fikrimdir. Üstəlik, komandada yorğunluq hiss olunur". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

"Qəbələ"nin Azərbaycan Premyer Liqasındakı çıxışını dəyərləndirən F.Nəcəfov bildirib ki, çempionatdakı digər komandalar "Qəbələ" və "Qarabağ"a qarşı xüsusi motivasya ilə oynayırlar. Onun sözlərinə görə, komandadakı problemlər tezliklə həll olunacaq.

Mətbuatda baş məşqçi Roman Qriqorçukun "Qəbələ"dən gedəcəyi haqda yazılan məlumatlara vitse-prezident belə cavab verib: "Bu, birmənalı şəkildə müzakirə mövzusu deyil. Komanda udar da, uduzar da. Düşünürəm ki, bunlar normal haldır".

F.Nəcəfov azarkeş amilinə də toxunub. Komandanın uğur qazanmasına baxmayaraq, kifayət qədər azarkeşin stadiona gəlməməsinə münasibət bildirən klub rəsmisi deyib ki, azarkeş məsələsi ilə bağlı iş əvvəllər də gedib və bu gün də davam edir: "Azarkeşlik məsələsi bizim ən yaralı yerimizdir. Komanda nəticə qazanır. Avroliqanın qrup mərhələsində çıxış edirik. Amma yenə də stadiona kifayət qədər azarkeş gəlmir. Müəyyən məsələlər var. Onları da həll etmək üçün əlimizdən gələni edirik". 

Son xəbərlər

Orphus sistemi