Farer adaları - Azərbaycan matçının hakimləri müəyyənləşib

Farer adaları - Azərbaycan matçının hakimləri müəyyənləşib Görüş rusiyalılara tapşırılıb
Futbol
8 Oktyabr , 2018 12:31
Farer adaları - Azərbaycan matçının hakimləri müəyyənləşib

Bakı. 8 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının III turunda Farer adaları və Azərbaycan yığmaları arasında keçiriləcək matç üçün bütün təyinatlar açıqlanıb. 

"Report" xəbər verir ki, görüşü Aleksey Yeskovun başçılıq etdiyi rusiyalı hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Dmitri Mosyakin və Anton Averyanov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirəcək. Əlavə köməkçi-hakimlər Vladislav Bezborodov və Mixail Vilkov olacaq. Hakim-inspektor andoralı Salustia Çato Çipres, UEFA nümayəndəsi isə rumıniyalı İonel Piskanudur. 

Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki Torsvollur stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi