Bakı. 4 yanvar. REPORT.AZ/ Kolumbiya millisinin və Fransanın “Monako” klubunun futbolçusu Radamel Falkaonun atası Radamel Qarsiya Kinq tennis oynayan zaman vəfat edib.
“Report”un Kolumbiya Futbol Federasiyasının “Twitter” səhifəsinə istinadən verdiyi məlumata görə, 61 yaşlı sabiq futbolçu ürək tutmasından dünyasını dəyişib.
Bildirilir ki, forvardın atası xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.