Faiq Qarayev: "Real Madrid" - PSJ oyunundan adrenalin aldıq"

Faiq Qarayev: "Real Madrid" - PSJ oyunundan adrenalin aldıq" "Qapıçı topu götürüb auta atsaydı, oyun PSJ-nin xeyrinə bitəcəkdi"
Futbol
155
12 Mart , 2022 13:05
Faiq Qarayev: Real Madrid - PSJ oyunundan adrenalin aldıq

"Biz UEFA Çempionlar Liqasında İspaniyanın "Real Madrid" və Fransanın PSJ komandaları arasında keçirilmiş 1/8 final mərhələsinin cavab görüşü kimi oyunlara baxaraq, adrenalin alırıq. Görün, komandanın baş məşqçisi olsanız, necə zövq alarsınız".

Bunu "Report"a müsahibəsində Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev deyib.

Tanınmış mütəxəssis PSJ-nin baş məşqçisi Maurisio Poçettino ilə hazırda "Real Madrid"ə rəhbərlik edən Karlo Ançelotti arasında müqayisə də aparıb: "Bu oyuna baxanda dedim ki, bir dənə ağlasığmaz qol vursa, məsələni həll edəcək. Gördünüzmü, PSJ-nin qapıçısı Canluici Donnarumma necə oynadı? O qapıçı topu götürüb auta atsaydı, oyun PSJ-nin xeyrinə bitəcəkdi. Bəzən görürsən ki, bilyard oynaya bilməyən, gəlir elə zərbə vurur ki, kürəcik başqa bir kürəciyə dəyərək, küncə daxil olur. Neçə illərdir PSJ-yə vəsait qoyulur, amma Çempionlar Liqasını qazana bilmirlər. Mənə elə gəlir ki, oyunu bu komandanın baş məşqçisi Maurisio Poçettino uduzdu. Meydana çıxanda dikbaşlığı ilə diqqət çəkirdi. Paltosu açıq, şərfi elə taxıb ki... Məşqçi dikbaş olmamalıdır. Əvəzində gördünüzmü Karlo Ançelottini? Soyuqqanlığını sonadək qorudu. Ola bilərdi ki, yenə uduzsun. Amma özünü aparma tərzi fərqli idi".

Qeyd edək ki, "Real Madrid" Fransadakı ilk matçda 0:1 hesabı ilə uduzduğu PSJ-yə cavab görüşündə qalib gəlib - 3:1. Nəticədə "kral klubu" 1/4 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi