Fabio Kannavaro Çinin “Quançjou Everqrand” komandasının baş məşqçisi təyin edilib

Fabio Kannavaro Çinin “Quançjou Everqrand” komandasının baş məşqçisi təyin edilib O, braziliyalı Luis Felipe Skolarini əvəzləyib
Futbol
9 noyabr 2017 10:34
Fabio Kannavaro Çinin “Quançjou Everqrand” komandasının baş məşqçisi təyin edilib

Bakı. 9 noyabr. REPORT.AZ/ 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olan Fabio Kannavaro Çinin “Quançjou Everqrand” komandasının baş məşqçisi təyin edilib. 

“Report” xəbər verir ki, bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssis bu postda son üç mövsümdə komandaya Çin Superliqasının çempionluğunu qazandıran braziliyalı Luis Felipe Skolarini əvəzləyib. Müqavilənin müddəti və şərtləri barədə məlumat verilmir.

Qeyd edək ki, F.Kannavaro daha əvvəl 2015-ci ilin noyabrından 2016-cı ilin iyununa qədər “Quançjou Everqrand”a rəhbərlik edib. O, bir neçə gün öncə digər Çin komandası “Tyantszin Tsyuantszyan”ın baş məşqçisi postundan istefa verib.

Son xəbərlər

Orphus sistemi