​Əziz Yıldırım növbəti dəfə "Fənərbağça" klubunun prezidenti seçilib

​Əziz Yıldırım növbəti dəfə "Fənərbağça" klubunun prezidenti seçilib O, seçkidə 5504 səs toplayıb
Futbol
1 İyun , 2015 09:09
​Əziz Yıldırım növbəti dəfə Fənərbağça klubunun prezidenti seçilib

Bakı. 1 iyun. REPORT.AZ/ Əziz Yıldırım növbəti dəfə Türkiyənin "Fənərbağça" klubunun prezidenti seçilib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 12-ci dəfə "sarı-lacivərdlər"in rəhbəri postuna sahib çıxan Ə.Yıldırım 5504 səs toplayıb.

Digər namizəd Hulisi Belgünə isə 1144 səs verilib. 

Ə.Yıldırım klubun yeni 21 əsas və 7 ehtiyat üzvlərdən ibarət olan İdarə Heyətini də açıqlayıb.

Qeyd edək ki, Əziz Yıldırım 1998-ci ildən "Fənərbağça"nın prezidentidir. Bu müddətdə futbol komandası 6 dəfə ölkə çempionluğu yaşayıb.

Son xəbərlər

Orphus sistemi