Avropada bir futbol komandasının sükanı arxasında ən uzun müddət çalışan və hələ də öz işini davam etdirən baş məşqçilərin adları açıqlanıb.
"Report" xəbər verir ki, 8 nəfərlik siyahıda "Qarabağ"a başçılıq edən Qurban Qurbanov da yer alıb.
2008-ci ildən Ağdam təmsilçisinin uğurları üçün çalışan 49 yaşlı mütəxəssis bu göstərici ilə 6-cı pillədə qərarlaşıb və İspaniyanın "Atletiko" (Madrid) komandasının baş məşqçisi Dieqo Simeoneni geridə qoyub. Argentinalı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisinin sükanı arxasındadır.
Ümumi sıralama isə aşağıdakı kimidir:
1. Bryuno Lutsi - "Şamplen" (Fransa), 20 il
2. Kolin Keton - "Bala-Taun" (Uels), 18 il
3. Stiven Bakster - "Kruzeyders" (Şimali İrlandiya), 16 il
4. Veqard Hansen - "Myöndalen" (Norveç), 15 il
5. Frank Şmidt - "Haydenhaym" (Almaniya), 14 il
6. Qurban Qurbanov - "Qarabağ" (Azərbaycan), 13 il
7. Hari Hamilton - "Qlenovan" (Şimali İrlandiya), 10 il
8. Dieqo Simeone - "Atletiko" (Madrid, İspaniya) - 10 il