"Everton"un sabiq futbolçusu Çin yığmasının baş məşqçisi olub

"Everton"un sabiq futbolçusu Çin yığmasının baş məşqçisi olub Futbol üzrə Çin milli komandasının yeni baş məşqçisi təsdiqlənib.
Futbol
2 Yanvar , 2020 14:02
Evertonun sabiq futbolçusu Çin yığmasının baş məşqçisi olub

Futbol üzrə Çin milli komandasının yeni baş məşqçisi təsdiqlənib.

"Report" Çin Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda Li Teyə tapşırılıb. 43 yaşlı mütəxəssis bu postda Marçello Lippini əvəzləyib. Onunla imzalanan müqavilənin detalları hələ ki, bəlli deyil. O, böyük ehtimalla 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millidə çalışacaq.  

Qeyd edək ki, Li Te futbolçu karyerasında İngiltərənin "Everton" və "Şeffild Yunayted" klublarının formasını geyinib. O, 92 dəfə Çin yığmasının formasını geyinib. Məşqçi son olaraq ölkəsinin "Uxan Çjozr" komandasına rəhbərlik edib. 

Son xəbərlər

Orphus sistemi