"Everton" Türkiyə millisinin hücumçusu ilə vidalaşır

"Everton" Türkiyə millisinin hücumçusu ilə vidalaşır İngiltərənin "Everton" klubu Türkiyə millisinin futbolçusu Cenk Tosunla yollarını ayırır.
Futbol
209
25 Aprel , 2022 17:17
Everton Türkiyə millisinin hücumçusu ilə vidalaşır
Cenk Tosun

İngiltərənin "Everton" klubu Türkiyə millisinin futbolçusu Cenk Tosunla yollarını ayırır.

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 31 yaşlı hücumçunun cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməməyi qərara alıb.

Rişarlison və Dominik Kalvert Lüinlə rəqabətə tab gətirə bilməyən təcrübəli forvardın yenidən Türkiyəyə qayıdacağı gözlənilir.

Qeyd edək ki, Cenk Tosun 2018-ci ilin yanvarında "Beşiktaş"dan 20 milyon funt sterlinq qarşılığında "Everton"a transfer olunub. Futbolçu bu mövsüm Premyer Liqa klubunda cəmi 3 oyunda meydana çıxıb.

Son xəbərlər

Orphus sistemi