"Everton" Aleksis Sançesə görə "Arsenal"a 34 mln. avro təklif etməyə hazırdır

"Everton" Aleksis Sançesə görə "Arsenal"a 34 mln. avro təklif etməyə hazırdır Sançesin klubla müqaviləsi cari mövsümün sonunda bitir
Futbol
29 Oktyabr , 2017 10:36
Everton Aleksis Sançesə görə Arsenala 34 mln. avro təklif etməyə hazırdır

Bakı. 29 oktyabr. REPORT.AZ/ İngiltərənin "Everton" klubunun sahibi Fərhad Moşiri "Arsenal"n forvardı Aleksis Sançesi öz komandasında görmək istəyir.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iş adamı qarşıdan gələn qış trasfer pəncərəsində "topçular"a çilili futbolçuya görə təqribən 34 milyon avro təklif etməyi planlaşdırır.

Bununla yanaşı Aleksis çətin ki, "Everton"a keçməkdə maraqlı olsun. 29 yaşlı hücumçu üçün PSJ və "Mançester Siti" variantları daha üstün hesab olunur.

Sançesin "Arsenal" ilə müqaviləsi cari mövsümün sonunda bitir. Odur ki, London klubu onun satış məsələsinə qışda baxacaq.

Son xəbərlər

Orphus sistemi