"Evdə qal" deyən Ronaldu ailəsini gəzintiyə çıxardı

"Evdə qal" deyən Ronaldu ailəsini gəzintiyə çıxardı İtaliyanın Yuventus klubunun futbolçusu Kriştianu Ronaldu koronavirus təhlükəsinə rəğmən evindən ailəsi ilə birgə çölə çıxıb. Reportun məlumatına görə, portuqaliyalı hücumçu və həyat yoldaşı Corcina Rodriges Madeyrada övladlarını gəzintiyə çıxarıblar.
Futbol
5778
31 Mart , 2020 11:01
Evdə qal deyən Ronaldu ailəsini gəzintiyə çıxardı

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu koronavirus təhlükəsinə rəğmən evindən ailəsi ilə birgə çölə çıxıb. "Report"un məlumatına görə, portuqaliyalı hücumçu və həyat yoldaşı Corcina Rodriges Madeyrada övladlarını gəzintiyə çıxarıblar. 

Lakin onlar bar, kafe və restoranların bağlı olması səbəbindən yemək yeyə bilməyiblər. Üstəlik, Gəzinti zamanı bir fanat onlara yaxınlaşıb. 

Bu zaman Rodriges kapüşonu ilə üzünü gizlətməyə çalışıb. 

Ronaldu daha əvvəl insanları evdə qalmağa və onları həyatda saxlamaq üçün mübarizə aparan həkimlərə kömək etməyə çağırıb.

Hazırda Portuqaliyada karantin rejimi tətbiq olunmayıb. İnsanlara evlərini tərk edə bilmələri üçün könüllü özünütədric imkanları yaradılıb. İndiyədək bu ölkədə koronavirusa 6408 yoluxma halı qeydə alınıb və 140 nəfər ölüb.

Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl Portuqaliya xəstəxanalarına ağ ciyərlər üçün 5 ədəd süni nəfəs aparatı bağışlayıb. 

Son xəbərlər

Orphus sistemi