Etiraz aksiyası zamanı həbs olunan belaruslu futbolçu azadlığa buraxıldı

Etiraz aksiyası zamanı həbs olunan belaruslu futbolçu azadlığa buraxıldı Belarusun BATE klubunun futbolçusu Anton Saroka sərbəst buraxılıb.
Futbol
276
14 Avqust , 2020 19:36
Etiraz aksiyası zamanı həbs olunan belaruslu futbolçu azadlığa buraxıldı
Anton Saroka

Belarusun BATE klubunun futbolçusu Anton Saroka sərbəst buraxılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, ölkədə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyası zamanı saxlanılan belaruslu hücumçu azadlığa çıxıb.

Daha əvvəl 28 yaşlı oyunçuya 7 sutkalıq inzibati həbs cəzası verilmişdi.

Qeyd edək ki, BATE-yə 2019-cu ilin martında Belçika "Lokeren"indən keçən Saroka bu mövsüm Borisov təmsilçisinin heyətində 5 oyuna çıxıb və 2 qol vurub.

Orphus sistemi