"Espanyol"un qapıçısı "Levante" ilə oyunda huşunu itirərək əvəzlənib - VİDEO

"Espanyol"un qapıçısı "Levante" ilə oyunda huşunu itirərək əvəzlənib - VİDEO 36 yaşlı futbolçu stadiondan birbaşa xəstəxanaya çatdırılıb
Futbol
5 Mart , 2018 08:38
Espanyolun qapıçısı Levante ilə oyunda huşunu itirərək əvəzlənib - VİDEO

Bakı. 4 mart. REPORT.AZ/ "Levante" futbol üzrə İspaniya çempionatının 27-ci turunda öz meydanında "Espanyol"u qəbul edib.

“Report” xəbər verir ki, "Südad de Valensiya" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Fasilə fitindən əvvəl "Espanyol"un qapıçısı Diyeqo Lopes rəqib komandanın futbolçusu ilə toqquşmalardan biri zamanı başından zədə alaraq huşunu itirib.

"Mundo Deportivo" nəşri yazır ki, 36 yaşlı futbolçu stadiondan birbaşa xəstəxanaya çatdırılıb və bütün gecəni həkimlərin nəzarəti altında orada keçirəcək.

Леванте - Эспаньол. Обзор матча. от ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Son xəbərlər

Orphus sistemi