Ervin Kuman ürəyindən əməliyyat olunacaq

Ervin Kuman ürəyindən əməliyyat olunacaq Niderland millisinin sabiq futbolçusu Ervin Kuman bu gün ürəyindən əməliyyat olunacaq.
Futbol
26 iyun 2020 09:13
Ervin Kuman ürəyindən əməliyyat olunacaq

Niderland millisinin sabiq futbolçusu Ervin Kuman bu gün ürəyindən əməliyyat olunacaq. 

"Report" xəbər verir ki, bu barədə 59 yaşlı keçmiş yarımmüdafiəçinin sabiq klubu "Qroningen" məlumat yayıb. 

Qeyd edək ki, Ervin Kuman 1988-ci ildə Niderland yığması ilə Avropa çempionu olub. O, ötən ilin dekabrında Oman millisində baş məşqçi postunu tərk edib. Hazırda Niderland millisinin baş məşqçisi olan Ervin Kumanın qardaşı Ronald Kuman mayda ürək problemlərinə görə xəstəxanaya yerləşdirilib. Onların qohumlarından bir neçəsi ürək çatışmazlığından dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi