Ernesto Valverde: "Belə oyunlarda turnir cədvəli heç bir əhəmiyyət kəsb etmir"

Ernesto Valverde: "Belə oyunlarda turnir cədvəli heç bir əhəmiyyət kəsb etmir" ​"Biz favorit deyilik"
Futbol
2211
22 Dekabr , 2017 17:25
Ernesto Valverde: Belə oyunlarda turnir cədvəli heç bir əhəmiyyət kəsb etmir

Bakı. 22 dekabr. REPORT.AZ/ "Biz favorit deyilik. Belə oyunlarda turnir cədvəli heç bir əhəmiyyət kəsb etmir. Rəqib çox yaxşı komandadır. Biz də maksimum köklənməli və hazır olmalıyıq".

"Report"un məlumatına görə, bunu İspaniya "Barselona"sının baş məşqçisi Ernesto Valverde La Liqanın XVII turunda səfərdə "Real Madrid"lə keçirəcəkləri oyun barədə danışarkən deyib. 53 yaşlı mütəxəssis bildirib ki, sabah vacib və ağır oyuna çıxacaqlar. Lakin o, Madridə qələbə üçün yollandıqlarını vurğulayıb: "Biz yaxşı formada olduğumuzu və yaxşı futbol sərgiləməyə hazır olduğumuzu təsdiqləmək istərdik".

Qeyd edək ki, dekabrın 23-də "Santyaqo Bernabeu" stadionunda keçiriləcək "Real Madrid" - "Barselona" matçı Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Hazırda turnir cədvəlinə 16 oyundan 42 xalla "Barsa" başçılıq edir. Bir oyun az keçirən "kral klubu" isə 31 xalla 4-cü pillədədir.

Son xəbərlər

Orphus sistemi