Ernan Krespo "Defensa və Xustisiya" komandasına baş məşqçi təyin olunub

Ernan Krespo "Defensa və Xustisiya" komandasına baş məşqçi təyin olunub Argentina millisinin sabiq futbolçusu Ernan Krespo ölkənin Defensa və Xustisiya komandasına baş məşqçi təyin olunub.
Futbol
26 Yanvar , 2020 14:01
Ernan Krespo Defensa və Xustisiya komandasına baş məşqçi təyin olunub

Argentina millisinin sabiq futbolçusu Ernan Krespo ölkənin "Defensa və Xustisiya" komandasına baş məşqçi təyin olunub.

"Report"un məlumatına görə, klubun rəsmi saytı sözləşmənin detallarını açıqlamayıb.

Qeyd edək ki, "Defensa və Xustisiya" 16 oyundan 21 xalla 16-cı yerdədir. Turnir cədvəlinə "River Pleyt" başçılıq edir.

Ernan Krespo hazırkı liderin yetirməsi sayılır. O, karyerası ərzində İtaliyanın "Parma", "Latsio", "İnter", "Milan" və "Cenoa", eləcə də İngiltərənin "Çelsi" klublarında çıxış edib. Ümumilikdə 17 kubok əldə etmiş Krespo 2015-ci ildən İtaliyanın "Modena" və Argentinanın "Banfild" komandalarının baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi