Ermənistanın "Ararat" klubunda rasizm qalmaqalı baş verib

Ermənistanın "Ararat" klubunda rasizm qalmaqalı baş verib Araratın futbolçusu Mpumelelo Dadiboy Zvane komandanın baş məşqiçisi Abraam Haşmanyandan Ermənistan Futbol Federasiyasına şikayət edib.
Futbol
31 Mart , 2019 12:19
Ermənistanın Ararat klubunda rasizm qalmaqalı baş verib

"Ararat"ın futbolçusu Mpumelelo Dadiboy Zvane komandanın baş məşqiçisi Abraam Haşmanyandan Ermənistan Futbol Federasiyasına şikayət edib.

"Report"un məlumatına görə, cənubi afrikalı yarımmüdafiəçi baş məşqçini onu döyməkdə ittiham edib. Şikayətində futbolçu bildirib ki, onunla Haşmanyan arasında münaqişə rasizm zəminində baş verib, bundan sonra isə baş məşqçi futbolçunu vurub.

Haşmanyan isə futbolçunu başqasının formasını oğurlamaqda ittiham edib. Komandanın digər üzvləri isə Zvanenin yalan danışdığını iddia ediblər.

Ermənistan Futbol Federasiyasından bildirilib ki, hazırda faktın araşdırılması üzrə müvafiq işlər aparılır.

Son xəbərlər

Orphus sistemi