Ermənistanın ən yaxşı idmançı "10-luğ"una Mxitaryanın düşməməsi federasiya prezidentini qəzəbləndirib

Ermənistanın ən yaxşı idmançı "10-luğ"una Mxitaryanın düşməməsi federasiya prezidentini qəzəbləndirib Levon Ayrapetyan: "Futbola nifrət edən və onu aşağılayan məmurların bu növ haqda nə isə danışmağa haqqı yoxdur"
Futbol
28 Dekabr , 2016 09:39
Ermənistanın ən yaxşı idmançı 10-luğuna Mxitaryanın düşməməsi federasiya prezidentini qəzəbləndirib

Bakı. 28 dekabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Henrik Mxitaryan Ermənistanın 2016-cı ildə 10 ən yaxşı idmançısı siyahısına düşməyib. "Report"un məlumatına görə, idman jurnalistlərinin bu addımı Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan tərəfindən etirazla qarşılanıb.

O deyib: "Bütün idmançılarımız istisnasız olaraq, yüksək qiymətə layiqdirlər. Amma Mxiraryanın ən kütləvi növ olan futbolun inkişafındakı xidmətləri şəksizdir. Bunu hamı, hətta ən yaxşı idmançı adına namizədlər siyahısını düzüb-qoşanlar da bilir. Onlar "10-luq"da heç bir futbolçu olmasın" adlı "unikal" əməliyyat aparırlar. Futbola nifrət edən və onu aşağılayan məmurların bu növ haqda nə isə danışmağa haqqı yoxdur".

Ayrapetyanın fikrincə, daha böyük mənəviyyatsızlıq odur ki, səsvermədə iştirak edən idman jurnalistlərin böyük əksəriyyəti öz peşəkar "biznes"lərinə futbolla, Henrik Mxitaryanla başlayıb Mxitaryanla da qurtarırlar.

Son xəbərlər

Orphus sistemi