Ermənistan klubu maliyyə böhranına görə çempionatda iştirakını dayandırdı

Ermənistan klubu maliyyə böhranına görə çempionatda iştirakını dayandırdı Ermənistanın "Qandzasar-Kapan" klubu Premyer Liqadakı çıxışını müvəqqəti olaraq dayandırıb.
Futbol
482
3 Noyabr , 2020 14:01
Ermənistan klubu maliyyə böhranına görə çempionatda iştirakını dayandırdı

Ermənistanın "Qandzasar-Kapan" klubu Premyer Liqadakı çıxışını müvəqqəti olaraq dayandırıb.

"Report"un məlumatına görə, komandanın kollektivi tərəfindən baş sponsora ünvanlanan açıq məktubda bu addımın müharibə və koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranla bağlı olduğu bildirilib.

Komanda çempionatla yanaşı, ölkə kubokunda da iştirak etməyəcək.

Qeyd edək ki, "Qandzasar-Kapan" klubu Premyer Liqada 8 turdan sonra 7 xalla 8-ci pillədədir.

Son xəbərlər

Orphus sistemi