​Ermənistan klubu Çempionlar Liqasındakı növbəti oyunlara İstanbulda hazırlaşır

​Ermənistan klubu Çempionlar Liqasındakı növbəti oyunlara İstanbulda hazırlaşır Hazırlıq prosesi iyulun 12-dək davam edəcək
Futbol
9 İyul , 2015 10:48
​Ermənistan klubu Çempionlar Liqasındakı növbəti oyunlara İstanbulda hazırlaşır

Bakı. 9 iyul. REPORT.AZ/ Ermənistanın "Pünik" klubu futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Norveç "Molde"si ilə oyunlara Türkiyənin İstanbul şəhərində hazırlaşacaq. "Report"un Ermənistan klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Pünik" artıq İstanbuldakı "Green Park" hotelində məskunlaşıb. 

Qonşu ölkədə iyulun 12-dək hazırlıq keçəcək komanda oradan Norveçə yollanacaq. Komandalar əvvəlcə iyulun 14-də Moldedə üz-üzə gələcəklər. Cavab görüşü isə bir həftə sonra İrəvanda keçiriləcək.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə start verən "Pünik" ilk rəqibi "Folqor" (San Marino) komandasını hər iki görüşdə 2:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi