Ruben Ayrapetyan: "Evimdən tank axtardılar"

Ruben Ayrapetyan: "Evimdən tank axtardılar" Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan sərbəst buraxılıb.
Futbol
5 Fevral , 2020 12:36
Ruben Ayrapetyan: Evimdən tank axtardılar

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan sərbəst buraxılıb.

"Report" "News.am"a istinadən xəbər verir ki, 57 yaşlı funksioner Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini tərk edib. Ayrapetyan sərbəxt buraxılandan sonra mətbuata açıqlama verib.

O, mövcud hakimiyyətin onu qorxutmaq istədiyini söyləyib: "Bütün bunların kimin adından edildiyini bilirəm. Ancaq səhv edirlər. Bilmirlər ki, mənim kimi insanları qorxutmaq olmaz. Polis məni alfalt üzərinə sərsə də, utanmayacağam. Amma bir dəfə onları asfalta sərib tapdalasam, bu onlar böyük utanc olacaq".

Ayrapetyan polisin tanklar, zirehli texnikalar, piyadaların döyüş maşınları axtardığını söyləyib. Sabiq federasiya rəhbəri üç kiçik silahının - bir tapança ilə iki ov tüfənginə sahib olduğunu və hamısının sənədləri olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, Ruben Ayrapetyan qanunsuz silah-sursat saxlamaqda şübhəli bilindiyi üçün saxlanılmışdı. O, 2002 - 2018-ci illərdə Ermənistan Futbol Federasiyasının prezidenti olub. 

Son xəbərlər

Orphus sistemi