Ermənistan çempionatında cəmi 7 komanda qalıb

Ermənistan çempionatında cəmi 7 komanda qalıb UEFA qaydalarına əsasən, yüksək liqada 8 komanda çıxış etməlidir
Futbol
18 Fevral , 2016 17:09
Ermənistan çempionatında cəmi 7 komanda qalıb

Bakı. 18 fevral. REPORT.AZ/ Futbol üzrə Ermənistan çempionatı çətin vəziyyətlə üzləşib. "Report"un məlumatına görə, "Uliss" klubunun maliyyə problemləriylə əlaqədar yarışdan çəkilməsindən sonra 7 komanda qalıb. 

UEFA qaydalarına əsasən, ölkənin yüksək liqasında ən azı 8 komanda mübarizə aparmalıdır. Hazırda Ermənistan Futbol Federasiyası çıxış yolunu tapmağa çalışır. Lakin I Liqadakı heç bir komanda elitada çıxış etməyə qadir deyil. 

Qeyd edək ki, Ermənistan çempionatı martın 2-də start götürəcək. 

Son xəbərlər

Orphus sistemi