Ermənistan - Albaniya oyunu ləğv olundu

Ermənistan - Albaniya oyunu ləğv olundu Ermənistan və Albaniya milli komandaları arasında oktyabrın 7-də keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq.
Futbol
5 Oktyabr , 2020 17:13
Ermənistan - Albaniya oyunu ləğv olundu

Ermənistan və Albaniya milli komandaları arasında oktyabrın 7-də Yerevanda keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq.

"Report" Ermənistan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bölgədəki vəziyyəti nəzərə alan UEFA qarşılaşmanı ləğv edib.

Həmçinin bildirilib ki, qitə futbol qurumu ermənilərin Millətlər Liqasının III turunda Gürcüstanla oynayacağı ev matçı barədə yaxın günlərdə qərar qəbul edəcək. Görüşün neytral meydanda gerçəkləşəcəyi istisna olunmur.

Qeyd edək ki, Ermənistan - Gürcüstan oyunu oktyabrın 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi