Ermənilər Bolqarıstan klubu ilə görüş zamanı kütləvi dava salıblar - VİDEO

Ermənilər Bolqarıstan klubu ilə görüş zamanı kütləvi dava salıblar - VİDEO Toqquşmaya erməni futbolçunun "Levski"nin üzvü Veselin Minevə qarşı kobudluğu səbəb olub
Futbol
4 Fevral , 2015 17:42
Ermənilər Bolqarıstan klubu ilə görüş zamanı kütləvi dava salıblar - VİDEO

Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı Bolqarıstanın "Levski" və Ermənistanın "Ulises" futbol komandaları arasında keçirilən yoldaşlıq görüşündə dava düşüb. "Report"un məlumatına görə, münaqişəyə erməni futbolçunun "Levski"nin üzvü Veselin Minevə qarşı kobud oynaması səbəb olub.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Meydanda və ehtiyatda olan futbolçuların, texniki heyətin iştirakı ilə kültəvi dava baş verib. Ermənilər Vladimir Qacevi yerə yıxaraq təpikləyiblər. Davada "Ulisis"in baş məşqçisi Qacik Simonyan daha aktiv iştirak edib. Bunu görən "Levski" rəhbərliyi hadisəyə müdaxilə edərək futbolçularını meydandan çıxarıblar. Onlar hakimdən matçın davam etdirilməməsini istəyiblər.

Qeyd edək ki, oyun dayandırılarkən hesab "Ulises"in xeyrinə olub - 2:1.

Son xəbərlər

Orphus sistemi