Erməni klubu Rusiya çempionatından xaric edildi

Erməni klubu Rusiya çempionatından xaric edildi Moskvanın ermənilərə məxsus Ararat klubu Rusiyanın Peşəkar Futbol Liqası (PFL) iştirakçıları siyahısından çıxarılıb.
Futbol
5 Fevral , 2020 22:23
Erməni klubu Rusiya çempionatından xaric edildi

Moskvanın ermənilərə məxsus "Ararat" klubu Rusiyanın Peşəkar Futbol Liqası (PFL) iştirakçıları siyahısından çıxarılıb.

"Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsinin bürosu qərar qəbul edib. Səbəb kimi RFS-in II Divizion klublarının lisenziyalaşdırılması üzrə komissiyanın "Ararat"ın lisenziyasını geri çağırması göstərilib.

Hazırda "Ararat" PFL-in Mərkəz zonasında turnir cədvəlinin 8-ci pilləsində yer alıb. Rusiyanın səviyyəcə üçüncü divizionunda erməni komandası 23 xal toplayıb.

Son xəbərlər

Orphus sistemi