Erlinq Holanndan avtoqraf alan hakim cəzalandı

Erlinq Holanndan avtoqraf alan hakim cəzalandı Rumıniya Futbol Federasiyasının Hakimlər Komitəsi referi Oktavian Şovreni çempionatdakı işindən kənarlaşdırıb
Futbol
125
9 Aprel , 2021 14:29
Erlinq Holanndan avtoqraf alan hakim cəzalandı

Rumıniya Futbol Federasiyasının Hakimlər Komitəsi referi Oktavian Şovreni çempionatdakı işindən kənarlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu tvitterdə yazıb.

Yan xətt hakimi funksiyasını yerinə yetirən Şovre 2020/2021 mövsümünün sonunadək əsas referi Ovidiu Hatseqanın komandasında yer ala bilməyəcək.

Oktavian Şovre Çempionlar Liqasının 1/4 finalında İngiltərənin "Mançester Siti" komandası ilə görüşdən sonra Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holanndan avtoqraf alıb.

Daha sonra rumıniyalı hakimin həmin formanı autizm xəstələrinin müalicəsi ilə məşğul olan mərkəzə təhvil vermək üçün futbolçunun imzasını aldığı məlum olub.

Qarşılaşma Dortmund klubunun 1:2 hesablı məğlubiyyəti ilə bitib.

Son xəbərlər

Orphus sistemi