Erlinq Holann "Real Madrid"ə üstünlük verdi

Erlinq Holann "Real Madrid"ə üstünlük verdi 20 yaşlı forvard bu komandada 49 oyuna 49 qol vurub
Futbol
3 Aprel , 2021 16:10
Erlinq Holann Real Madridə üstünlük verdi
Erlinq Holann

Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Erlinq Holann seçimini İspaniya "Real Madrid"inin lehinə edib.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, hazırda "kral klubu" "sarı-qaralar"ı norveçli hücumçunu buraxması üçün dilə tutur. "Borussiya"nın idman direktoru Mixael Tsork isə onun satılmasını istəmir.

Holannın agenti və atası bu həftə bir neçə klubla danışıqlar aparıb. Bunlar "Real Madrid"lə yanaşı, İspaniya "Barselona"sı, İngiltərənin "Çelsi", "Liverpul", "Mançester Yunayted" və "Mançester Siti" komandaları olub.

Qeyd edək ki, Erlinq Holann Dortmund "Borussiya"sına 2020-ci ilin yanvarında keçib. Onun hazırkı müqaviləsi 2024-cü ilin yayınadəkdir. 20 yaşlı forvard bu komandada 49 oyuna 49 qol vurub.

Son xəbərlər

Orphus sistemi