Erlinq Holann "Borussiya"nın tarixinə düşüb

Erlinq Holann "Borussiya"nın tarixinə düşüb Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann yeni rekorda imza atıb
Futbol
16 Dekabr , 2021 09:33
Erlinq Holann Borussiyanın tarixinə düşüb
Erlinq Holann

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 21 yaşlı hücumçu buna "Qröyter Fürt"u 3:0 hesabı ilə məğlub etdikləri Bundesliqanın XVI tur oyununda nail olub.

Qarşılaşmada dubla imza atan norveçli forvard Dortmund təmsilçisində 2021-ci ildə 29-30-cu qollarını vurub. Beləliklə, Holann bir il ərzində klubunda ən çox fərqlənən oyunçu ünvanına sahib çıxıb.

Qeyd edək ki, Erlinq Holann cari mövsüm 9 matçda 13 qola imza atıb. O, zədə səbəbindən bir neçə oyunu buraxmalı olub.

Son xəbərlər

Orphus sistemi