Erlinq Holand "Real Madrid"ə keçmək istəyir

Erlinq Holand "Real Madrid"ə keçmək istəyir Almaniyanın “Borussiya" (Dortmund) futbol komandasının hücumçusu Erlinq Holand "Real" klubuna keçmək istəyir
Futbol
105
3 Aprel , 2021 06:59
Erlinq Holand Real Madridə keçmək istəyir
Erlinq Holand

Almaniyanın “Borussiya" (Dortmund) futbol komandasının hücumçusu Erlinq Holand "Real Madrid" klubuna keçmək istəyir.

“Report” xəbər verir ki, bu barədə AS bildirib.

Məlumata görə, bunu Holandın atası "Kral klubu"nun icraçı direktoru Xose Anxel Sançeslə söhbətində deyib.

Daha əvvəl bildirilib ki, agent Mino Rayola və Holand (böyük) aprelin 1-də Barselonaya gəliblər. Onlar "Barselona"nın prezidenti Joan Laporta ilə danışıqlar aparıblar və bir neçə saat sonra "Real"ın prezidenti Florentino Pereslə görüşmək üçün Madridə yola düşüblər.

Erlinq "Borussiya"ya 2020-ci ilin yanvarında "Red Bull Zalsburq"dan keçib. Norveçlinin komanda ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədər qüvvədədir. “Transfermarkt” portalı cari mövsümdə hücumçunu 110 milyon avro qiymətləndirir. O, Almaniya Bundesliqasının 21 matçında iştirak edərək, 21 qol (1 qol penaltidən) vurub və 4 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi