Erik Yirka: "Qarabağ"la matçda bu imkanı əldə etmək böyük motivasiyadır"

Erik Yirka: "Qarabağ"la matçda bu imkanı əldə etmək böyük motivasiyadır" “Qarabağ”la matçların nəticəsinə təsir etmək imkanımın olması mənim üçün böyük motivasiyadır".
Futbol
17 Avqust , 2022 12:00
Erik Yirka: Qarabağla matçda bu imkanı əldə etmək böyük motivasiyadır

“Qarabağ”la matçların nəticəsinə təsir etmək imkanımın olması mənim üçün böyük motivasiyadır".

"Report"un məlumatına görə, bunu Çexiyanın "Viktoriya" (Plzen) klubunun futbolçusu Erik Yirka Bakıda Azərbaycan təmsilçisinə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl deyib.

Slovakiya Futbol İttifaqının rəsmi saytına müsahibə verən 25 yaşlı vinger çox yaxşı heyətlərinin olduğunu bildirib: "Hər kəs qrup mərhələsinə yüksəlmək üçün əlindən gələni edəcək. Komandanın avrokuboklarda çıxış etməsi mənim buraya gəlməyimdə böyük rol oynayıb. Hər klubun Çempionlar Liqasının qrupunda oynamaq imkanı yoxdur. Lakin qrup mərhələsinə vəsiqə qazanmaq asan olmayacaq".

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" – "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab matçı avqustun 23-də Plzendə olacaq.

Son xəbərlər

Orphus sistemi