Bakı. 25 may. REPORT.AZ/ Türkiyə milli komandasının futbolçusu Emre Belözoğlu “Başakşehir”lə müqavilənin müddətini uzadıb.
“Report” İstanbul klubunun “Twitter” səhifəsinə istinadən xəbər verir ki, 38 yaşlı kapitan birillik sözləşməyə imza atıb.
Qeyd edək ki, 2015-ci ilin yayında “Fənərbağça”dan “Başakşehir”ə keçən Belözoğlu karyerası ərzində “Qalatasaray”, İtaliyanın “İnter”, İngiltərənin “Nyukasl”, İspaniyanın “Atletiko” komandalarının formasını geyinib.