Emrah Çelikel: "Millinin nəticələrində nə bizim, nə də baş məşqçimizin rolu var"

Emrah Çelikel: "Millinin nəticələrində nə bizim, nə də baş məşqçimizin rolu var" "Qarabağ"ın direktoru Emrah Çelikel Ağdam klubunun futbolçularının Azərbaycan millisində zəif çıxış etməsi barədə səsləndirilən fikirlərə münasibət bildirib.
Futbol
15 Dekabr , 2021 23:12
Emrah Çelikel: Millinin nəticələrində nə bizim, nə də baş məşqçimizin rolu var

"Qarabağ"ın direktoru Emrah Çelikel Ağdam klubunun futbolçularının Azərbaycan millisində zəif çıxış etməsi barədə səsləndirilən fikirlərə münasibət bildirib.

"Report"un məlumatına görə, "İdman TV"də yayımlanan "İdman detektivi" verilişinin ilk buraxılışında qonaq olan funksioner bunun sistemlə bağlı olduğunu söyləyib.

Klub rəsmisinin sözlərinə görə, futbolçulara hansı oyun üslubunun daha uyğun olduğuna baxmaq lazımdır: "Bizim üçün yığmaya çox futbolçu vermək şərəfdir. Sevindirici haldır ki, onların sayı günü-gündən artır. Bilirik ki, futbolçularımız vicdanlı, Vətəninə bağlı insanlardır. Millidə nəticə qazanılmırsa, bunda nə bizim, nə də baş məşqçimizin rolu var. İstərdik, yığmanın nəticələri "Qarabağ"dakından da yaxşı olsun ki, bu da bizə əlavə stimul versin".

Son xəbərlər

Orphus sistemi