Emin Mahmudovun qolu "Neftçi"nin tarixinə düşdü

Emin Mahmudovun qolu "Neftçi"nin tarixinə düşdü Bu, Premyer Liqanın XVI turuna təsadüf edib
Futbol
22 Fevral , 2021 13:07
Emin Mahmudovun qolu Neftçinin tarixinə düşdü
Emin Mahmudov

“Neftçi” Azərbaycan çempionatları tarixində 800-cü ev qolunu vurub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XVI turuna təsadüf edib.

“Qəbələ” ilə matçdakı yeganə topun müəllifi Emin Mahmudov yubiley qoluna imza atıb. Bu qarşılaşmayadak keçirdiyi 400 görüşdə “ağ-qaralar” 799 dəfə fərqlənib.

800-cü qoluna 401-ci matçda imza atan bakılıların orta məhsuldarlığı 1,995-ə bərabərdir. “Neftçi” 1992-ci ildən təşkil olunan yarışın tarixində öz meydanında ən çox qol vuran komandadır.

Qeyd edək ki, paytaxt təmsilçisinin ilk ev qolunun müəllifi Yunis Hüseynov olub. O, 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev qarşılaşmasında (1:0) həlledici qola imza atıb.

Son xəbərlər

Orphus sistemi