"Neftçi"nin kapitanı: "Dedi-qodulara görə komandadan üz döndərməsinlər"

"Neftçi"nin kapitanı: "Dedi-qodulara görə komandadan üz döndərməsinlər" Toplanışın başlanğıcıdır deyə, əsas diqqət fiziki hazırlığa yönəlib. Çoxlu qaçış təmrinləri olur. Hamı istəkli məşq edir. Yeni mövsümə ciddi hazırlaşırıq.
Futbol
18 İyun , 2019 10:52
Neftçinin kapitanı: Dedi-qodulara görə komandadan üz döndərməsinlər

"Toplanışın başlanğıcıdır deyə, əsas diqqət fiziki hazırlığa yönəlib. Çoxlu qaçış təmrinləri olur. Hamı istəkli məşq edir. Yeni mövsümə ciddi hazırlaşırıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Türkiyə toplanışını dəyərləndirərkən klubun rəsmi saytına açıqlamasında deyib. Təcrübəli yarımmüdafiəçi digər sualları da cavablandırıb...

- Komandaya yeni qoşulanlar necə təsir bağışlayır: İlkin təəssüratlarınız necədir?

- Yeni transferlər özlərini göstərmək vəziyyətində deyillər. Onlar qaçırlar (gülür). Yenilərin hamısı Azərbaycan çempionatının iştirakçısı olduğu üçün biz onların səviyyəsinə bələdik. Əminəm ki, yenilər komandamızı daha da gücləndirəcəklər.

- "Neftçi” kimi böyük komandanın kapitanı olmaq necə hissdir?

- Məsuliyyətimi dərk edirəm. Bunadək meydanda var gücümlə oynayırdım, belə də davam edəcəyəm. Bu mənada heç nə dəyişməyəcək. Təbii ki, belə bir komandanın kapitanı olmaq çox xoşdur.

- Komandamızın lideri olaraq Avropa Liqası və Premyer Liqadan gözləntilərin nədir?

- İndi gurultulu bəyanatlar verməyəcəyəm. Bizə oyundan-oyuna artırmaq, bütün matçlarda qələbə qazanmaq və yalnız bu haqda düşünmək lazımdır.

- Bu yolda azarkeşlərə bir kapitan olaraq nə demək istərdiniz?

- Komandaya inanmağa davam etsinlər, sonadək dəstəkləsinlər. Hansısa dedi-qodulara görə komandadan üz döndərməsinlər.

Son xəbərlər

Orphus sistemi