Emin Mahmudov: "Qələbə üçün əlimizdən gələni edəcəyik"

Emin Mahmudov: "Qələbə üçün əlimizdən gələni edəcəyik" "Serbiya çox güclü komandadır"
Futbol
29 Mart , 2021 18:47
Emin Mahmudov: Qələbə üçün əlimizdən gələni edəcəyik
Emin Mahmudov

"Serbiya çox güclü komandadır. Bizi sabah ağır oyun gözləyir".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyunu öncəsi mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, meydana xal qazanmaq üçün çıxacaqlar: "Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. İnanmıram ki, hər şey bir oyunçudan asılı olsun. Əsas olan komanda oyunudur. Düzdür, indi şans qazanıram. Məqsədim komandama xeyir verməkdir".

Təcrübəli oyunçunun sözlərinə görə, əsas meydanda mübarizə aparmaqdır: "Bizim oyunçuların səviyyəsi rəqibdən üstün deyil. Serbiya yığmasının futbolçuları yaxşı komandalarda, Çempionlar Liqasında çıxış edir. Bir saniyə konsentrasiyanı itirsək, rəqib bizə qol vuracaq. Ona görə də maksimum dərəcədə diqqətli olmalıyıq"

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi