Emin Mahmudov "Neftçi"də 150-ci oyununu keçirib

Emin Mahmudov "Neftçi"də 150-ci oyununu keçirib Azərbaycan millisinin futbolçusu Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib.
Futbol
8 Avqust , 2022 11:31
Emin Mahmudov Neftçidə 150-ci oyununu keçirib

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının I turuna təsadüf edib.

“Şamaxı” ilə səfər görüşü paytaxt təmsilçisinin yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Mahmudov ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.

Kapitan Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.

Son xəbərlər

Orphus sistemi