Emin Mahmudov: "Milli üçün ən yaxşısını etməyə çalışıram"

Emin Mahmudov: "Milli üçün ən yaxşısını etməyə çalışıram" "Mənim üçün hər oyun əlavə stimuldur. Həmişə milli komanda üçün meydanda ən yaxşısını etməyə çalışıram".
Futbol
165
1 İyun , 2021 20:08
Emin Mahmudov: Milli üçün ən yaxşısını etməyə çalışıram
Emin Mahmudov

"Mənim üçün hər oyun əlavə stimuldur. Həmişə milli komanda üçün meydanda ən yaxşısını etməyə çalışıram".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Belarus yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfrasında deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, bütün azarkeşlər komandadan yaxşı nəticə gözləyir: "Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Türkiyəyə vurduğum qol da yaxşı alındı. Amma hər oyunda komandaya kömək etmək istəyirəm. Hər oyun digərindən fərqlənir. Türkiyə yığması hücum futbolu oynayır. Bizdən daha yaxşı komandadır. Belarus isə gənc kollektivdir. Onlarda çoxlu istək olacaq və özlərini göstərmək istəyəcəklər. Hər şey bizim oyunumuzdan asılıdır. Türkiyə ilə matçdakı kimi oynasaq, bizim üçün daha yaxşı olacaq. Top saxlaya bilsək, hücumda yaxşı şanslarımız olacaq. Daha diqqətli olmalıyıq, çünki Türkiyə ilə matçda yaxşı oynasaq da, 1:2 hesabı ilə uduzduq. Qolları standart vəziyyətlərdən qapımızda gördük".

Qeyd edək ki, iyunun 2-də Minskdəki "Dinamo" stadionunda keçiriləcək Belarus - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi