Emin Mahmudov: "Hər matçda uduzmaq bizə də xoş deyil"

Emin Mahmudov: "Hər matçda uduzmaq bizə də xoş deyil" "Millinin oyunları ilə bağlı sosial şəbəkələrdə bizə yazırlar və narazılıqlarını bildirirlər. Hər matçda uduzmaq bizə də xoş deyil".
Futbol
13 Noyabr , 2021 17:25
Emin Mahmudov: Hər matçda uduzmaq bizə də xoş deyil
Emin Mahmudov

"Millinin oyunları ilə bağlı sosial şəbəkələrdə bizə yazırlar və narazılıqlarını bildirirlər. Hər matçda uduzmaq bizə də xoş deyil".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Qətər yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi uzun müddət qələbə qazanmadıqlarını bildirib: "Futbolumuz inkişaf etsə, biz də inkişaf edəcəyik. Bunun isə bir səbəbi yoxdur".

Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi