Emin Mahmudov: "Bu gün daha inamlı və istəkli oynadıq"

Emin Mahmudov: "Bu gün daha inamlı və istəkli oynadıq" "Çətin rəqibə qarşı oynayacağımızı bilirdik. Azarkeşlərimiz bir dəqiqə belə dayanmadı. İlk oyunda aqressiv deyildik".
Futbol
28 iyul 2022 19:13
Emin Mahmudov: Bu gün daha inamlı və istəkli oynadıq

"Çətin rəqibə qarşı oynayacağımızı bilirdik. Azarkeşlərimiz bir dəqiqə belə dayanmadı. İlk oyunda aqressiv deyildik".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Kiprin "Aris" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi cavab qarşılaşmasında daha inamlı və istəkli oynadıqlarını bildirib: "Futbolçularla öz aramızda danışdıq. Söylədik ki, ilk matçdakı kimi çıxış edə bilmərik. Biz növbəti mərhələ üçün əlimizdən gələni etdik və sonadək mübarizə apardıq".

Son xəbərlər

Orphus sistemi