Ramil Şeydayev və Emin Mahmudov Azərbaycan millisində çıxış edəcək

Ramil Şeydayev və Emin Mahmudov Azərbaycan millisində çıxış edəcək FİFA məsələ ilə bağlı qərar verib
Futbol
5 Avqust , 2016 13:31
Ramil Şeydayev və Emin Mahmudov Azərbaycan millisində çıxış edəcək

Bakı. 5 avqust. REPORT.AZ/ FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçular Ramil Şeydayev və Emin Mahmudovla bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib. 

"Report"un məlumatına görə, qərara əsasən, AFFA və futbolçular Ramil Şeydayev və Emin Mahmudovun assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunub.

Şeydayevə və Mahmudova bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilib. FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.

Qeyd edək ki, Emin Mahmudov bir müddət öncə Rusiya "Krılya Sovetov"undan ayrılaraq, Portuqaliya "Boavişta"sına keçib. Ramil Şeydayev isə yenicə Türkiyə təmsilçisi "Trabzonspor"a transfer edilib.

Son xəbərlər

Orphus sistemi