Emin Kürdov: "Avropa çempionatında 1/4 finala yüksəlmək istəyirik"

Emin Kürdov: "Avropa çempionatında 1/4 finala yüksəlmək istəyirik" "Yarışa hazırlıq yanvarın 5-də start götürüb".
Futbol
919
13 Yanvar , 2022 10:33
Emin Kürdov: Avropa çempionatında 1/4 finala yüksəlmək istəyirik
Emin Kürdov

"Əsas məqsədimiz Avropa çempionatının 1/4 finalına vəsiqə qazanmaqdır".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov Niderlandda keçiriləcək Avropa çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, xaricdə çıxış edən legionerlərin yanvarın 10-da hazırlıq prosesinə qoşulduğunu bildirib: "Hazırlıq prosesimiz yanvarın 5-də start götürüb. Bəzi günlərdə iki məşq gerçəkləşib. İlk olaraq, fiziki məşqlər etmişik. Yanvarın 10-dan isə taktiki-texniki hazırlığa başlamışıq. Standart vəziyyətlər üzərində işləmişik".

Kürdov Ukrayna seçməsinə iki yoldaşlıq görüşündə uduzduqlarını xatırladıb: "Məğlub olmaq istəməzdik. Amma bu qarşılaşmalar bizim xeyrimizədir. Çünki bütün səhvlərimizi bu oyunlarda gördük. Hazırda səhvlərimiz üzərində işləyirik. Çalışacağıq ki, yanvarın 17-də Belçika ilə yoldaşlıq matçında və ardından Avropa çempionatında bunları təkrarlamayaq".

Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi