La Manşda futbolçunun da olduğu təyyarənin axtarışları bərpa olunub

La Manşda futbolçunun da olduğu təyyarənin axtarışları bərpa olunub Bakı. 23 yanvar. REPORT.AZ/ La Manşda radardan itən təyyarənin axtarışları bu gün səhər saatlarından bərpa olunub.
Futbol
1962
23 Yanvar , 2019 10:35
La Manşda futbolçunun da olduğu təyyarənin axtarışları bərpa olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ La Manşda radardan itən təyyarənin axtarışları bu gün səhər saatlarından bərpa olunub. 

"Report"un məlumatına görə, xilasetmə əməliyyatında Böyük Britaniya ilə Fransanın hava və dəniz qüvvələri iştirak edir.  

Təyyarənin sərnişinləri arasında Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Sala da olub. Uçuş zamanı argentinalı hücumçu dostuna vida mesajı göndərib. O, səs yazısında dostuna təyyarədə qorxduğunu bildirərək, "Bir daha görüşə bilməsək, başıma gələnlərdən xəbərin olsun" yazıb. 

Çarter reysli təyyarə Kardiffə Fransanın Nant şəhərindən uçurmuş. 28 yaşlı futbolçu əvvəllər Nantda çıxış edib. O, uçuşdan 3-4 gün əvvəl "Kardiff"ə rəsmən transfer olub. 

Son xəbərlər

Orphus sistemi