Emil Balayevin yeni klubu bəlli oldu

Emil Balayevin yeni klubu bəlli oldu Azərbaycan millisinin qapıçısı Emil Balayev Zirə klubu ilə müqavilə imzalayıb.
Futbol
3 Mart , 2020 16:25
Emil Balayevin yeni klubu bəlli oldu

Azərbaycan millisinin qapıçısı Emil Balayev "Zirə" klubu ilə müqavilə imzalayıb. 

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 26 yaşlı qolkiper mövsümün sonuna kimi qəsəbə təmsilçisində çıxış edəcək. Balayev yeni klubunda 12 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Emil Balayev son olaraq Qazaxıstanın "Tobol" komandasının formasını geyinib. O, Norveçin "Bude Qlimt" klubunda baxışda olsa da, müqavilə şərtlərində razılığa gələ bilməyib. 

Son xəbərlər

Orphus sistemi